Bakı-Qazax yolunda QƏZA: Azyaşlı qız öldü
Tarix: 28-08-2024, 17:22
Baxılıb: 2 735
Google+ Paylaş
Tumblr Paylaş

Bakı-Qazax yolunda QƏZA: Azyaşlı qız öldü

28-08-2024, 17:22

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol qəzası olub.
AvroMedia.az xəbər verir ki,bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Təkəri partlayan qoşqulu yük avtomobili minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan azyaşlı qız həyatını itirib, onun anası, bacısı və digər qohumu isə xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ