Dünənləri rəhmətə getdi yazıq. Səy Qasımın qonşusu Əliquluzadəni deyirəm. Yox əşi, xəstəliyi zadı yox idi rəhmətliyin. Dımbır-dımbır dımbıldayırdı. Hadisə simsiz teleqraf Səy Qasımın verdiyi qeyri dəqiq məlumata görə, BP-nin Azərbaycana verdiyi pulsuz qazın pulunu yığan Məmməddınızın Əliquluzadəgilin evinin həndəvərində görsənməsindən sonra olub. Belə ki bu xeyirsöyləməz Məmməddınızlə rəhmətlik Əliquluzadənin arasında kiçicik belə bir dialoq keçib.
-Ayə, ay Əliqulu bu hökümətin qazının pulunu niyə vermirsən ə? Ə, bu hökümətin sənən dədənə borcu var? Düz üç gündür dağ boyda dövlətin qazını pulsuz mənimsəyirsən.
Genədə səy Qasımın qeyri-dəqiq məlumatına əsasən Əliquluzadə kişi nətəri köks ötürübsə, Məmmədınızın oğlunun əsgərlikdən gətirdiyi papağı başından yerə düşüb. Və qayıdıb ki:
- Ayə ay Məmməddınız allah sənidə öldürsün Putinidə. Ayə bə pul var verəm? Ayə gözlə pensyamı alım dayna. Ə, biri-digərini söyəndə deyib ki, sənin acından ölən dədənin kəlləsinə it zadı olsun. Obiridə qayıdıb buna deyib ki, a kopoyoğlu elə bilirsən var idi yemədi öldü? İndidə sən, bə var vermirəm?
Dişini ağardaraq hırıldayan Məmməddınız fürsəti fövtə verməyərək deyir:
- Ay acından köpük qusan, bə sən iyirmi qəpiklik qazın pulunu verə bilmirsən bə təzə ildən tənzimlənmiş qazla işığın pulunu nətəri verəcəksən.
Deyılənə görə təzə ildə təzəcənə qalxmış qiymətləri eşidən Əliquluzadə kişi tirameş uzanıb yerə və gözlərini əbədi olaraq yumub.
Di buyur buda sənin yeni il təbrikin, TARİF ŞURASI!

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı