Ceyran qaçışı ilə  qalxan QİYMƏTLƏR
Tarix: 3-11-2023, 22:10
Baxılıb: 2 882
Google+ Paylaş
Tumblr Paylaş

Ceyran qaçışı ilə qalxan QİYMƏTLƏR

3-11-2023, 22:10

Rauf İLYASOĞLU
Nəqliyyat xərcləri günü gündən ceyran qaçışı ilə  qalxsa da, pensiya  və təqaüdlər  tıspağa yerişiylə də qalxmır
Respublika  Nazirlər  Kabinetinin taksi fəaliyyəti ilə əlaqər vergi ödənilməsi ilə bağlı  bir  qərara imza atıb .
Nəticədə 20 yanvar metro istiqamətindən Koroğlu metrosuna, eləcə də Koroğlu metrosu istiqamətdən Binə, Zabrat Mərdəkan  və digər kəndlər istiqamətə  gedən taksilər adamın birini əvvəllər 1 manata aparırdılarsa, noyabr ayının 1 - dən etibarən bu istiqamətlərə  gefiş qiymətini 2 - 3 manat civarında  qaldırıblar və sərnişinləri mənzil başına çatdırırlar.
Taksi sürücülərinin  gediş qiymətlərini  artırması  sərnişinləri çox narahat edir. Sürücülər səbəbini Nazirlər kabinetinin imzaladığı  düşünülməmiş qərarında görürlər. Axı avtobus və metrolarda gediş haqqı bir ilə yaxındır ki, qaldırılıb. 280 manat civarında aylıq müavinət alan pensiyaçıların düşünən varmı? Əgər düşünsəydilər Milli Məclisdə əbdrabani qərarlar təstiq olunmazdı .İş tapa bilməyən gənclər kiminsə şəxsi evində və ya idarəsində fəhləcilik edib gündəlik dolanışığını təmin edirsə, sosial fonda 40 min manat pulu necə ödəsin ki, 350 manat pensiya sla bilsin? Hansıki, 350 manat bir ailənin işlətdiyi qaz , su və işıq pulunu ödəməyə ancaq catırsa, bu qədər kasıb təbəqə necə dolansın?
Binə qəsəbəsi ilə Koroğlu metrosuna işləyən taksi sürücüsü Həsən Kərimov bildirdirdi ki, yollarda o qədər tıxac olur ki, aldığımız pullar ancaq benzinə gedir.
Dövlət gərək əmık haqqını, pensiyaları üç dəfə qaldırsın ki, insanlar rahat dolana bilsinlər.Onsuzda avtobuslara tıxacdan minmək olmur.
Avtobuslara və metrolarda minmək dəhşətdir- deyən Sabirə Bağırova bildirdi ki,
Koroğlu metrosundan 250 min əhalisi olan Binə qəsəbəsinə  160 nömrəli tək bir avtobus işləyir.Hər avtobusun  ara məsafəsi  yəni intervalı 25 dəqiqədən birdir.
Bu qədər interval  da sıxlığı səbəb olur.
Binə qəsəbəsində yaşayan müharibə veteranı , şəhid qardaşı Nədiş Dövlətov nəqliyyat xərclərinin baha olmasında gileylənərək dedi;
Binə bazarına işləmək üçün gedib gəlməyim azı üç manata başa gəlir. İş olanda 15- 20 manar qazanıram. Özüm müharibə veteranıyam 80 manat veteran pulunun ümidinə qalmışam. Bədənimdə qəlpə yarası gəzdirirəm.
Aldığım pul dərmanlara da  çatmır.
52 yaşım var.15 il gözləyəm ki  pensiya alam.
Qalib xalqın övladları belə acınacaqlı vəziyyətində dolanmamalıdır axı .
Dövlət  və hökumətimiz insan amilini ön plana çəkməklə yeni  iş yerləri açmalı və əmək haqları  və pensiyalar  bir aylıq dolanışığımıza  uyğun, normal vəziyyətdə qaldırmalıdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ