5-05-2023, 08:13

Molla olacam

     Molladan soruşurlar:
- Molla, de görək bu paketlədiyin mərhum cənnətə getdi, ya cəhənnəmə?
Molla da qayıdır ki, əşi mənə nə var hara getdi, mənimki pulumu alıb yalan-palan olsa da, quranımı qırıldatmaqdır istər cənnətə gedər istərsə cəhənnəmə ta "dalşe" mənlik deyil.
    Öz aramızdır, deyəsən pis qazanc yolu deyil ha bu molla işi. Üç oyünə yemək, istədiyin vaxt pürrəngi çay, iqtisadiyyata qarışmır, siyasətlə işi yox, millətin problemi ilə də ümumiyyətlə maraqlanmaq yoxdur. Əsas işi odur ki, plov sinisinin arxasında gizlənib xımır-xımır yeyə, arada da fars və ərəb lotularını təbliğ edə.
    Qərar verdim məndə molla olacam. Yazı-pozudan, qələmdən və yaxud da sahibkar olub kimlərəsə çörək verməkdən bir şey çıxmaz. Çıxmaz deyəndəki, çıxar ey ancaq və lakin, cəmiyyətimiz və baş bilənlərimiz dövlət üçün faydalı  kişilərdən çox zərərvericilərin yaninda durur. Ona görə də, nə işin var ağıllı olub millətin dərdini çəkəsən, gic ol ki, sənin dərdini çəksinlər. Ən iyisi elə hoca (molla) olmaqdır.
    Heç kimə deməyin, mən bir işə mat qalmışam.  Mat qaldığım məsələ odur ki, torpaq bələdiyyənindirsə, torpaq və xəritə çəkmə komitəsi kimin nəyinə lazımdır. Yox əgər bunlar lazımdırsa, bə bələdiyyə kimin nəyinə lazımdır? Dünya təcrübəsi göstərir ki, 5 özünü idarə etmə strukturunun ən yaxşısı bələdiyyə sistemidir. Bələdiyyə sistemi ilə işləyən ölkələrdə isə torpaq komitəsi deyilən qurum yoxdur. Azərbaycan da 1999 cu ildən bələdiyyə sistemini qəbul edib di gəl ki, torpaq komitəsi hələdə "zapast" təkər kimi yerində qalıb. Qalmaqla da hər kəsə bolluca maneə də törədir. İcra hakimiyyəti sahibkara dəstək üçün, bələdiyəyə müraciət edir, Bələdiyyə də protokolları hazırlayır. Və birdən torpaq komitəsi çıxır meydana ki, biz torpaq satışını dayandırmışıq. Heç kimdə demir axı, ay komitə qardaş torpaq sənin deyil ey bələdiyyənindir. Nə bilim vallah yenədə pənah allaha.
    Durum gedim ərəb alfabesin öyrənim yəni tərs yazmağı, sağdan solanı. Dərd qəmdən uzaq olmaq üçün molla olacam.  Be zəbərdəs be, te zəbərdəs te.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ