Bankların girovunda olan millət
Tarix: 1-03-2023, 23:33
Baxılıb: 2 505
Google+ Paylaş
Tumblr Paylaş

Bankların girovunda olan millət

1-03-2023, 23:33

Ağalar  İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
             (Panflet)
Mənə elə gəlir ki, Yer kürəsində azərbaycanlılar qədər sadəlövh, hər sözə həmin dəqiqə inanan, hər millətin dediyi fikri elə həmin dəqiqə qəbul eləyən, yalan və doğruluğundan asılı olmayaraq, dünyada baş verən informasiyaları, xəbərləri elə həmin dəqiqə qəbul eləyən ikinci millət yoxdur. Bəs bu nədən belədi? Niyə biz beləyik?..
Birinci ona görə ki, hərbir fikiri, hər bir sözü məntiqlə təhlil etmədən, bir qədər soyuq düşüncəyə, çox şeyə etinasız yanaşmağa və ən əsası da böyük səbrə malik millət deyilik. İkinci gəlin danmayaq ki, biz toplum halında böyük savada malik millət deyilik. Bunun da səbəbi Sovetlər quruluşu dağılandan sonra hansısa qara qüvvələr, qara düşüncəli beyinlər Azərbaycan təhsilini məhv eləyib, millətin savadsız, nadan yetişməsinərəvac verdilər. Bu gün dəbudəhşətli problemi həll etməkdən acizik...Düzdür hamımız orta və çoxumuz ali təhsilinsənədlərini almışıq. Amma çoxumuzundünyanın üzdə olan millətləri arasındanə orta məktəb səviyyəsində, nə də aldığımız ali təhsil səviyyəsində biliyimiz yoxdur.
Mənə elə gəlir ki, dünyada bizim kimi analoqu olan millət yoxdur ki, uşaqlarımız heç nə bilmədiyi halda müəllimə pul veririkvəyalvarıb- yaxarırıqki, ona yaxşı qiymət yazsın. Pul veririk ki, övladımız ali məktəbə girsin və sonra diplom da alsın.Və sonrada deyək ki, “övladımali təhsillidir”. Və dünyada elə bir millət də yoxdur ki, aldığı ali təhsil diplomunu kənara qoyub, başqa sahədə işləsin. Amma bizim cavanların ən azından yetmişfaizi diplom aldığı sahədə işləmir. Nə isə... Çox unikal, çox maraqlı millətik... Ən maraqlısıda budur ki, bu neqativ cəhətlərimizə görə özümüzü yox, başqalarını yamanlamağıxoşlayırıq. Həm də bəxtimizdən şikayətlənirik ki, niyə bizim işlərimiz gətirmir?Niyəarzularımızı reallaşdıra bilmirik?Niyəməmurlarımız millətə divan tuturlar?.. Və sair... və iləaxır...
Ən dəhşətlisi isə budur ki, millətin çoxuişsizdir. Heç yandan ailəsinə pul qazanıb gətirə bilmir. Təsəvvür eləyin ki, ata bütün günü çayxanada oturubnərd, şeş-beş oynayır, ya da“laqqırtı vurur” vəaxşaməlləri cibindəevə qayıdır. Uşaqqlar isə evdə ac oturub, onun evəçörək, yavanlıq gətirməsini gözləyirlər. O isə evə əlləri boş cibindəqayıdır. Uşaqlarınınsual dolu baxışlarını görür. Ailə dərdi çəkən kişi utandığından başını aşağı dikir və ürəyində Allaha yalvarır ki, “uşaqlarımın bu baxışlarını görməmək üçün Yer aralansın və yerə girim”. Amma ailə dərdi çəkməyən kişi isə fikirləşir ki, “mən nə edim? İş yoxdurdə. İş olsun işləyim”.
Bəli. Bu gün məmləkətimizdə belə babalar, belə nənələr, belə atalar və analar milyonlarladır. Ən dəhşətlisi də budur ki, bu reallıqdır və həqiqətdir.Amma, lakin ən dəhşətlisi isə budur ki, günü-gündən zavodlar, fabriklər və başqa iş yerləri açılmaqdansa, köhnələri də bağlanır və işsizlik ordusu günü-gündən, saatba-saat artır... Və ən dəhşətlisi, ən faciəvisi odur ki, bu faciənin qarşısını almaq, insanlarımızı işlə təmin etmək istəyənməmurlardemək olar ki, yoxdur... Çünki məmurların çoxu xalqı yox, özünü, öz ailəsini, yaxınlarını fikirləşir... Sahibkarların isə başına elə oyunlar açırlar ki, onlar da iş yerlərini bağlayıb, ordan-burdan pul tapıb, banklara olan borclarını bağlamaq və xarici ölklərdə iş qurmaq haqqındayollararxtarırlar...
Budəhşətlərin, problemləriniçində bu gün məmləkətimizdə keyfdə-damaqda yaşayanlar isə bank müdirləri və onların əlaltıları olan yaxınişçiləri, qohumlarıdır. Buradan belə bir sual ortya çıxır. Niyə məhz bank müdirləri və onlara yaxın olanlar keyfdə-damaqda yaşayırlar?Elə bu sualın ardınca başqa bir sual da yaranır. Bəs ac qalan millətöz uşaqlarının, ailəsinin ac qalmaması üçün nə etməlidir? Onları nə ilə dolandırmalıdırlar? Birinicibeyninə, ağılagələn fikir belə olur: “ Gedib bankdan sələminə pulgötürüm və alver eləyib, ailəmi dolandırım”. Bununla da bu biçarə mənim qəhrəmanım, mağmun adambanka gedir vəbank müdirlərinin girovuna çevrilir. Gəlir banka və bank işçiləri mənim qəhrəmanımı özlərinin əvvəldən düşünülmüş gözəl rəftarı, şirin dilərilə, hətta ilanı belə yuvasındançıxarmaq qabiliyyətinə malik pərgar danışıqları ilətam girova çevirirlər. Bax, bu bank işçilərihər ailədən bir-iki nəfəri belə “tora salmaqla” beləliklə, demək olar ki, bütövlükdə milləti öz girovlarına çeviriblər. Məmələkətimizdə isə gör nə qədər bank var?!..
Bank müdirləri də yaxşı bilirlər ki, onlara müraciət edən bu biçarə, yazıq, mağmun, arxasız, kimsəsiz mənim qəhrəmanım kimi adamlarla öz istədiklərini eləyə biləcəklər. Onu gələcəyin ən böyük biznesmeni, taciri, milyonlar sahibi olacaq adamı kimi yaxşı-yaxşı tərifləyib, qoltuğuna qarpız verirlər. Bu sahələrdən xəbəri olmayan mənim qəhrəmanım kimi mağmunadamlar, bank işçilərinin çaldığı hava ilə oynamağa başlayırlar. Allahınxohfundan qorxmayanbank müdirləri vəişçiləri onlara müraciət edən adamın nəyə qadir olduğunubelə düşünmədən, onlara gələcək işlərini necə qurmağı öyrətmədən, onlara adi bir həşərat kimi baxmaqla, onaverəcəyi pulun miqdarına böyük faizləryükləyirlər. Beləliklə, “acgözü yalançı aldadar”atalar sözü tam baş tutur. Onlar heç fikirləşmirlər ki, Məhəmməd Peyğəmbər sələm verənlərlə bağlı belə bir kəlam deyib: “Sələm verənin Allahı, dinivə milləti yoxdur”.
Beləliklə, bankdan böyük sələminə pul götürən mənim qəhrəmanım və onun kimi milyonlarla biçarələr özlərinə böyük illüziyalar qururlar ki, götürdükləri pulla böyük ticarət işləri quracaqlar. Maşın alıb, “xaltura” edəcəklər. Ya da həmin maşını icarəyə verib, yaxşı pul qazanacaqlar. Amma fikirləşmirlər ki, bank müdirlərinin və işçilərininyağlı vədlərinə, şirin dillərinə inanıb onların dərin quyu olan toruna düşürlər...
Yer kürəsində heç birölkədəbank yoxdur ki,öz müştərisinə verdiyi pula görə ondan hər ay 20-30-40faiz miqdarında sələm alsın. Bu analoqu olmayan dəhşətli hadisə yalnız və yalnız Azərbaycan adlı biçarə, hüquqları qorunmayanməmləkətdə var.
Əlli-altımış və həttayüz əlli min manatlıq evini banka girov qoyan mənim qəhrəmanım kimi milyonlarla biçarə, mağmunadamlar bankdan 10-20 min manat civarındapul götürürlər. Həmin puldan da əvvəlcədən bank iki-üç ayın sələm pulunu tutur. Beləliklə, 10 min manat pul götürən mənim qəhrəmanım həmin pulun elə bu başdan 3 min manatınıgeri qaytarır. Çünki o, aldığı 10 min manatın əvəzinə banka 13 min manat qaytarmalıdır.Beləliklə, yeddi min manatlabankdan çıxan mənim qəhərəmanımgörür ki, borca pul götürdüyü adamlar bankın qarşısında onu gözləyir. Uzun “çək-çevirdən”sonra həmin pulun 4 min manatını onlara verməli olur. Sonra görür ki, arvadı bir kənarda uşaqları ilə dayanıb, onun bankdan pul almasını və oradan çıxmasını səbirsizliklə gözləyirlər. Arvad dava-şava ilə mənim qəhrəmanım -ərini bazara aparıb, yaxşı bazarlıq etdirir vəözünə, uşaqlara pal-paltar aldırır. Beləliklə, mənim qərhəmanım həmin pulun min manatını da bazarda qoyub, oradan çıxır. Arvad, uşaqlar sevinir, amma mənim qəhrəmanımın ürəyindən “qara qanlar” axır. Həyətə çatanda görür ki, hər gün çayxanada nərd, damino oynayan “çaşqa-loşkası da” həyətdə onu gözləyirlər. Məcbur olur ki, onlarla gedib yeyib-içsin. Üç yuz manat da belə gedir. Yerdə qaldı nə qədər? Cəmi min yeddiyüz manat. Həmin pulun da yeddiyüz manatını sahə müvvəkkilinə, bazarın müdirinə və başqa“soxulcanlara” paylamalı olur. Axı onlar imkan verməsəo, bazarda alver eləyə bilməz. Yerdə qalan min manata ticarəti və bu işin incəliyini bilməyən mənim qəhrəmanım alver etməyə başlayır.Fikirləşir ki, bu pulla “qaz vurub, qazan dolduracaq”. Amma işləri gətirmir. Həmin pulu da arada“batırır”və mənim qəhrəmanım tam müflis olur. Beləliklə, qalır bankın əlində girov. Və başlayır özünü söyməyə ki, “niyə mənim işlərim gətirmədi? Niyə Allahmənə köməklik eləmir?Niyə məni belə qarabəxt yaradıb?” Əvvəldən ağlı, düşüncəsi, məntiqi olmayan mənim bu qəhrəmanım fikirləşmir ki, “axı reallığı görmədən mən niyə gedib bankdan pul götürdüm?” Bax, bu gün mənim qəhrəmanım kimi milyonlarla insanlarımız bankların girovuna məhzbeləçevriliblər. Onlar bank müdirlərinin torlarına necə düşüblərsə illərlədir oradan çıxa bilmirlər...Aldıqları pulları qaytara bilmədiklərindən banklar onların evlərini dəyər-dəyməzinə satıb, öz pullarını götürmək istəyirlər.Məhkəmə çəkişməsi illərlədir ki, davam eləyir... Çoxunun da evləri satılıb və məcbur olublar ki, kirayədə yaşasınlar...
Sizə nə deyim ay bank müdirləri... Deməli, siz həqiqətən də millətin düşmənisiz. Məgər siz əvvəlcədən bilmirsiz ki, bu mağmun adamlar sizdən götürdükləri pulları qaytarabilməyəcəklər? Bilirsiniz.Bəs onda niyə həmin bədbəxtə, mağmunao pulu verirdiniz?Niyəmilləti bu formada çökdürürsüz və xalqın hakimiyyətə nifrətini, inamsızlığınıyaradırsız?..Doğrudan da Məhəmməd Peyğəmbər düz deyib: “Siz sələmçilərin nə imanı, nə milləti, nə də Allahı yoxdur”.
Arada zəlil günə və bankların girovluğuna düşənisəyazıq, biçarə millətdir. Bu millət bankların toruna necə düşüblərsə Böyük Tanrı da onalarakömək etməkdə acizdir. Bəli, bəli acizdir. Çünki bu bank işçiləri yeri gəlsə Allahı da aldadıb, bankın müştərisi eləyə bilərlər. İnanmırsız? Axı onlar Şeytandan törəmədirlər...Şeytanın törəmələrindən nə desən gözləmək mümkündür. Mümkündür...

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ