Bəşəriyyətin vicdanı dağıntılar altında can verir
Tarix: 10-02-2023, 13:14
Baxılıb: 172
Google+ Paylaş
Tumblr Paylaş

Bəşəriyyətin vicdanı dağıntılar altında can verir

10-02-2023, 13:14

Suriyada indi az qala hər böyük dövlətin bir ordusu vardır. Bəhanələri də demokratiya, dövlət qorumaq, insan haqları və s. Amma indi zəlzələdən ölən, dağıntı altında qalanlar veclərinə deyil. Heç qadağaları da ardan götürmürlər ki, humanitar yardım gətirən təyyarələr gəlib, getsin.

Türkiyədə elə dəhşətli bir fəlakət yaşanır ki. elə bil o bölgələr üçün qiyamətdir.

İndi siz diqqətlə yardım edən ölklərə baxın. Azərbaycan 725 xilasedici göndərib. Bu təkcə qardaş, türkçülük yardımı deil, bəşəri vicdandır. Prezident İlham Əliyev həmişə olduğu kimi sürətli və dəqiq qərar verdi. Elə müharibəni udmağımızda da bu amilin böyük rolu oldu. Zəlzələ baş verəndən bir neçə sat sonra xilasedicilər Hava Limanında, təyyarədydilər. Azərbaycan xalqı ellikcə səfərbər oldu , yardım üçün. Azərbaycan dövləti və xalqı bəşəri ləyaqətini gösdərdi dünyaya.

Maddi yardımlar, pul köçürmələri məni o qədər də düşündürmür. Heç kim acından ölməyəcək, soyuqdan donmaycaq, birtəhər keçinəcək. Əsas məsələ dağıntılar altında sıxışıb  qalan, xilas olunmağını gözləyən və yaxınlarının, ailə üzvülərinin xilas edilməsini gözləyən, çarəsizlərin acı, faciləi talehidir.

Xilasetmə xüsusi avadanlıqlar və peşəkarlıq tələb edir, hər kəs həkim ola bilmədiyi kimi, xilasedici də ola bilmir.

İlk saatlarda, ilk günlərdə dünya səfərbər olmalı idi. 7 minə yaxın bina dağılıbsa, ən azı hərəsində 50 xilasedici işləməliydi. 350min xilasedici.

Şəkildə ölkələrin gücünə, Türkiyəyə, türklərə yaxınlığına vəgöndərdiyi xilasedicilərə baxın:

Almaniya 50

Fələstin 35

Belarus 32

Kazaxıstan 60

Türkmənistan 10

Qırğısıtan  63

Özbəkistan 100

Pakistan  52

Çin 82

Yaponiya 73

Biabırçılıq və bəşəri laqeyidlik, vicdansılıqdır. Axı nə mane oldu ki, 300-500 peşəkar xilasedici göndərib, uşaqları cəhənnəmdən çıxarıb, atalarına verəsiniz?

Bu hadisədən nəticə çıxarmaq lazımdır. Çox güclü olmalıyıq. İnanın ki, dünya ümumən qanı neftə qarışdırıb içən vampirdi. Ayağımız büdürəsə, kömək əvəzinə üstümüzə beton tökərlər.


Sadıq Qarayev

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ