2024-cü ilin yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 27,1 milyard manat təşkil edib.
AvroMedia.az xəbər verir ki, bu göstəricinin həcmi 2023-cü ilin yanvar-may aylarına nisbətən müqayisəli qiymətlərlə 3,9% artıb.
Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 3,8% artaraq 26 milyard manata bərabər olmuş, onun 43,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 531,5 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 19,9 manat çox vəsait xərcləyib. (Apa)

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu