Azərbaycanın yeganə regional bankı “Naxçıvan Bank” ASC-nin kredit portfeli “Kapital Bank” ASC-yə ötürülüb.
Bununla bağlı məlumatı “Report”a Azərbaycan Mərkəzi Bankından (AMB) təsdiqləyiblər.
Bununla belə, tənzimləyici qurum bəyan edib ki, portfelin satılması “Naxçıvan Bank”ın lisenziyasının ləğv ediləcəyi demək deyil:
“Bu, bankın biznes strategiyasına daxil olan məsələlərdəndir. “Naxçıvan Bank”ın maliyyə dayanıqlığı göstəriciləri AMB-nin müəyyən etdiyi requlyativ tələblər çərçivəsindədir, Bankın lisenziyasının geri çağırılması gündəmdə deyil”.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu