İsrailin iki müdafiə texnologiyası şirkəti - “Meteor Aerospace” və “SpearUAV” bu il və ya 2024-cü ildə dronların hazırlanması üçün Azərbaycanla müqavilə imzalayacaq.
Bu barədə “Midl İst İnstitut” məlumat yayıb.
“İsrail gəmiqayırma zavodları tərəfindən layihələndirilən və Azərbaycan sahil mühafizəsinin gəmi inşası və təmiri mərkəzi tərəfindən Türkan qəsəbəsində inşa edilən “Sa'ar” 62 dərəcəli patrul gəmisi üçün yeni sifarişlər gözlənilir.
Sifariş ediləcək hərbi texniklar arasında “LORA” və “Barak-8” raketləri də ola bilər. Eyni zamanda, Bakının İsraildən “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini də alması mümkündür”, - məlumatda deyilir.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı