Yaponiya hökuməti qiymət artımı ilə mübarizə tədbirləri üçün 16,83 milyard dollar ayıra bilər.
Bunu Sayama prefekturasında çıxışı zamanı hökumət koalisiyasına daxil olan Komeito Partiyasının lideri Natsuo Yamaquçi deyib.
Gözlənildiyi kimi, cari maliyyə ili üçün ehtiyat fondundan vəsaitin ayrılması ilə bağlı qərar Nazirlər Kabinetinin martın 28-də keçiriləcək iclasında qəbul ediləcək.
Pulun aztəminatlı ailələrin dəstəklənməsinə, xüsusən də belə ailələrdəki hər uşağa görə 50 min yen (382,4 dollar) ödəməyə yönəldiləcəyi qeyd edilir.
Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin son məlumatlarına görə, tez xarab olan ərzaq məhsulları istisna olmaqla, Yaponiyanın əsas istehlak qiymətləri bir ay əvvəl 4,2% artıb. Fevral ayındakı göstərici isə 3,1% olub.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu