Neftin bu günə olan qiyməti açıqlandı
Tarix: 23-03-2023, 10:31
Baxılıb: 1 089
Google+ Paylaş
Tumblr Paylaş

Neftin bu günə olan qiyməti açıqlandı

23-03-2023, 10:31

Dünya birjalarında neftin qiyməti ticarət məlumatlarına görə ucuzlaşır.

İnvestorlar ABŞ-da ehtiyatlar və xammal istehsalı ilə bağlı həftəlik statistikanı, həmçinin Federal Ehtiyatlar Sisteminin (FED) iclasının nəticələrini qiymətləndirirlər.

Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,82% ucuzlaşaraq bir bareli 76,06 dollar, WTI markalı neftin may fyuçerslərinin qiyməti 1,03% azalaraq 70,17 dollar olub.

Qeyd edək ki, ötən gün ABŞ Energetika Nazirliyi bəyan edib ki, ölkədə kommersiya ehtiyatları həftə ərzində gözlənilmədən 1,1 milyon barel və ya 0,2% artaraq 481,2 milyon barrelə çatıb. Analitiklər isə əksinə ehtiyatların 1,6 milyon barrel azalacağını proqnozlaşdırmışdılar. Neft hasilatı da eyni zamanda sutkada 100 min barel artaraq 12,3 milyon barelə çatıb

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ