"Qarabağ"dakı illərim həyatımın ən gözəl anları idi
Tarix: 16-01-2025, 08:30
Baxılıb: 2 300
Google+ Paylaş
Tumblr Paylaş

"Qarabağ"dakı illərim həyatımın ən gözəl anları idi

16-01-2025, 08:30

Hər bir azarkeşə göstərdiyi dəstəyə görə təşəkkür etmək istəyirəm.
AvroMedia.az xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılaraq Braziliyanın "Flamenqo" komandasına keçən Olavio Juninyo Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
O bildirib ki, "Qarabağ"da keçirdiyi illər həyatının ən gözəl anları idi:
"Bu müddət ərzində çoxlu sevinc yaşadım. Təbii ki, kədərli anlar da oldu. Amma buradan ürəyimdə həm böyük sevinc, həm də kədər hissi ilə ayrılıram. Hər bir oyun, hər bir fürsət üçün və mənə göstərdiyiniz diqqət və qayğıya görə təşəkkür edirəm. Gələcəkdə "Qarabağ"a ən yaxşısını arzulayıram. Ümid edirəm ki, klub qarşısına qoyduğu məqsədlərə çatacaq. Azarkeşlərin dəstəyi ilə daha da güclü olacaq. Çox sağ olun".
Qeyd edək ki, Juninyo Ağdam təmsilçisinin heyətində 80 oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ