“Mançester Siti” yenə uduzdu
Tarix: 21-12-2024, 19:58
Baxılıb: 2 396
Google+ Paylaş
Tumblr Paylaş

“Mançester Siti” yenə uduzdu

21-12-2024, 19:58

İngiltərə Premyer Liqasının 17-ci turunda “Mançester Siti” “Aston Villa”nın qonağı olub.
AvroMedia.az xəbər verir ki, “Villa Park” stadionunda keçirilən görüş “vətəndaşlar”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qarşılaşmanın 16-cı dəqiqəsində “Aston Villa”nın heyətində Con Duran hesabı açıb. 65-ci dəqiqədə Morqan Rocers ev sahiblərini hesabda irəli çıxarıb. “Mançester Siti”nin təsəlli qolunu isə 90+3-cü dəqiqədə Fil Foden vurub.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Aston Villa” (28 xal) beşinci pilləyə yüksəlib. Pep Qvardiolanın komandası (27) isə altıncı pilləyə geriləyib.
“Mançester Siti” Premyer Liqada son səkkiz oyundan cəmi birində qalib gəlib, qalan yeddisində isə məğlub olub.
Premyer Liqa turnir cədvəlininlideri isə 36 xalla Arne Slotun “Liverpul”udur.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ