Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ" səfərdə "Kəpəz"i böyük hesabla məğlub edib.
AvroMedia.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qolları Emmanuel Addai (17), Aleksey İsayev (51), Leandro Andrade (52), Toral Bayramov (67) və Aleksey Kaşuk (78) vurub.
Turnir cədvəlinə liderlik edən Qurban Qurbanovun komandası bu qələbədən sonra xallarının sayını 24-ə çatdırıb. Gəncə klubu isə 3 xalla sonuncu pillədədir.
Qeyd edək ki, X turun digər oyunları oktyabrın 19-20-də gerçəkləşəcək.

Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım