Misli Premyer Liqasında 3-cü tura yekun vurulub.
AvroMedia.az xəbər verir ki, iki görüşü təxirə salınan tur çərçivəsində son oyun Zirədə keçirilib.
“Neftçi” nominal meydan sahibi qismində keçirdiyi matçda “Sabah” ilə üz-üzə gəlib. Paytaxt derbisində hər iki komanda ilk qələbəsini qazanmaq əzmində idi. Görüşdən qalib ayrılan tərəf “Sabah” olub. Masazır təmsilçisi “ağ-qaralar” üzərində inamlı qələbə qazanıb.
Qeyd edək ki, III turun “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan” qarşılaşmaları təxirə salınıb. Dünən baş tutan görüşlərdə isə “Turan Tovuz” “Kəpəz”i darmadağın (3:0) edib, “Sumqayıt” isə “Səbail”i minimal hesabla (2:1) üstələyib.

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı