Dilan Polatın bacısı və qardaşı sərbəst buraxıldı
Tarix: 14-06-2024, 12:54
Baxılıb: 2 888
Google+ Paylaş
Tumblr Paylaş

Dilan Polatın bacısı və qardaşı sərbəst buraxıldı

14-06-2024, 12:54

bsdə olan türkiyəli sosial media fenomeni Dilan Polatın bacısı və qardaşı sərbəst buraxılıb.
AvroMedia.az xəbər verir ki, çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla həbs edilən Polatın aylıq həbs-qətimkan tədbirinin qiymətləndirilməsi tamamlanıb. Dilan Polatın qardaşı Can Doğu və bacısı Sıla Doğu haqında həbs olunmadan mühakimə olunmasına qərar verilib. 
Bu barədə Sıla Doğunun vəkili sosial media hesabında paylaşım edərək onun azadlığa çıxma qərarını açıqlayıb.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ