Millimizin rəqibləri müəyyənləşir
Tarix: 30-05-2024, 10:54
Baxılıb: 2 805
Google+ Paylaş
Tumblr Paylaş

Millimizin rəqibləri müəyyənləşir

30-05-2024, 10:54

Bu gün futzal üzrə 2026-cı il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.
AvroMedia.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:15-də başlayacaq.
Mərasimdə Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri də bəlli olacaq. 
Azərbaycan millisi püşkatmada 3-cü səbətdə yer alacaq. 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək.
Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcəklər. İki matçın yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək.
Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avro-2026-da çempion olmaq uğrunda mübarizəyə başlayacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ