"Qarabağ" dünya klubları arasında 48-ci yerdədir
Tarix: 11-05-2024, 16:09
Baxılıb: 2 802
Google+ Paylaş
Tumblr Paylaş

"Qarabağ" dünya klubları arasında 48-ci yerdədir

11-05-2024, 16:09

İFFHS klubların növbəti reytinqini açıqlayıb. 
AvroMedia.az xəbər verir ki, siyahıda dünyanın ən yaxşı 505 komandası yer alıb.
Ölkəmiz burada 4 kollektivlə təmsil olunub. “Qarabağ” 183 xalla dünyanın 48-ci komandasıdır. Ağdam klubu ötən cədvəldəki mövqeyini qoruyub.
“Zirə” böyük sıçrayışa imza atıb. Qəsəbə təmsilçisi 127 pillə irəliləyib. Rəşad Sadıqovun çalışdırdığı kollektiv 60,75 xalla 384-cüdür.
“Neftçi” 59,25 əmsalla 398-cidir. Bakılılar 21 pillə geriləyib.
58,25 xala malik “Sabah” 405-ci yerdədir. Paytaxt təmsilçisi 8 pillə irəliləyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ