Yanvarın 18-də futbol üzrə Türkiyə kubokunun onaltıdabir final mərhələsində növbəti oyunlar keçirilib.
Öz meydanında “Umraniyəspor”u qəbul edən “Qalatasaray” rəqibini 4:1 hesabı ilə məğlub edib. “Cim-Bom”un heyətində B.Yılmaz, Tete, Bardakçı və Dervişoğlu fərqləniblər. Qonaqların təsəlli qoluna isə “Qalatasaray”dan B.Yılmaz imza atıb (öz qapısına).
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Trabzonspor” – “Manisa FK” – 3:1
“Konyaspor” – “Göztəpə” -2:1 (əlavə vaxtda)
“Sivasspor” – “Keçiörəngücü” – 3:2
“Kayserispor” – “Gənclərbirliyi” – 1:2.

Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım