Tarix: 10-08-2023, 08:34
Baxılıb: 1 038
"Neftçi" FK yeni futbolçu transfer edib
10-08-2023, 08:34
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan verilən məlumata görə, "ağ-qaralar" nigeriyalı hücumçu Aaron Olanarenin transferini açıqlayıb.
Qeyd edək ki, 30 yaşlı forvard 2016-2018-ci illərdə Rusiya MOİK-inin şərəfini qoruyub.
Təcrübəli oyunçu buna qədər ölkəsinin “Şutinq Starz”, Norveçin “Valerenqa” və “Sarpsborq”, Çinin “Quançjou”, “Siçuan” və “Çançun Yatay”, Rusiyanın “Amkar” və İsrailin “Beytar" (Yerusəlim) klublarının da formasını geyinib. Son 2 mövsümü Türkiyə “Ərzurumspor”unda keçirən hücumçu I Liqada 23 matçda 4 dəfə fərqlənib.
Olanare Nigeriya millisində 7 oyunda 2 qol vurub.
скачать dle 12.1