Ronaldo dünya rekorduna imza atdı
Tarix: 24-03-2023, 08:05
Baxılıb: 1 115
Google+ Paylaş
Tumblr Paylaş

Ronaldo dünya rekorduna imza atdı

24-03-2023, 08:05

Portuqaliyalı hücumçu Kristiano Ronaldo dünya rekorduna imza ataraq, milli komandanın heyətində ən çox oyun keçirən futbolçu ünvanına sahib olub.

38 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə oyuna ilk 11-də başlayıb. Bu, onun millidə 197-ci oyunudur. Hazırda oyun davam edir.

Ronaldo Portuqaliya millisinin tərkibində 2016-cı ildə Avropa çempionatının qalibi, qitə çempionatının gümüş və bürünc mükafatçısı, həmçinin 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

Qeyd edək ki, Ronaldoya qədər Küveyt yığmasında 196 oyun keçirən Bader əl-Mutavanı siyahıya başçılıq edirdi.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ