Mahir Emrelidən MARAQLI ADDIM
Tarix: 3-03-2023, 20:38
Baxılıb: 1 111
Google+ Paylaş
Tumblr Paylaş

Mahir Emrelidən MARAQLI ADDIM

3-03-2023, 20:38

“Konyaspor” Zaqreb “Dinamo”sundan icarəyə götürdüyü Azərbaycan millisinin üzvü Mahir Emreli üçün imza mərasimi təşkil edib.

Bu barədə klub rəsmi sosial şəbəkə səhifəsi vasitəsi ilə məlumat yayıb.

“Konyaspor” daha öncə anlaşdığı Mahir Emreli ilə imzalanma mərasimi keçirdi. Klubumuz “Dinamo”ya məxsus olan istedadlı hücumçu ilə yarım mövsüm üçün müqavilə imzaladı. Emreli komandamızda 19 nömrəli forma geyinəcək”, - deyə məlumatda bildirilib.

Azərbaycan millisinin üzvü ilə yanaşı, digər yeni transferlər – Metehan Mert, Alejandro Pozuelo və Marlos Moreno üçün də imzalanma mərasimi təşkil olunub.

İmzalanma mərasimindən sonra yeni transferlər klubun forması ilə şəkil çəkdiriblər. M.Emreli yeni forma ilə hərbi salam verib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ