Günəşdə aprelin 28-də gücünə görə güclü partlayış qeydə alınıb.
AvroMedia.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan bildiriblər.
Qeyd olunub ki, aprelin 28-də Bakı vaxtı ilə 16:33-də rentgen diapazonunda 4420 nömrəli günəş ləkələri qrupunda (N14W37) 23 dəqiqə davam edən M1.0 sinifli partlayış baş verib.
Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Minimum A0.0 sinfi Yer orbitində bir kvadratmetrə 10 nanovat gücə uyğun gəlir. Hər növbəti sinfə keçiddə şüalanmanın gücü 10 dəfə artır.Partlayışlar günəş plazmasının atılması ilə müşayiət olunur və bu buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu