Kür çayında suyun səviyyəsinin artması ilə əlaqədar riskli ərazilərdə nasos stansiyalarının fəaliyyətinə fasilələr verilib.
AvroMedia.Az xəbərinə görə, bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Regional Su Meliorasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Mövcud vəziyyət əkin sahələrinə xidmət edən, çaydan sugötürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib:
“Yaranmış risklərin qarşısını almaq və texniki qurğuların təhlükəsizliyini təmin etmək məqsədilə Regional Su Meliorasiya Xidməti riskli ərazilərdə yerləşən nasos stansiyaları müvəqqəti olaraq sahildən çıxarılıb və onların fəaliyyətində fasilələr verilib. Bu addım mümkün mənfi təsirlərin və daha ciddi fəsadların qarşısının alınmasına yönəlib.Hazırda vəziyyət Xidmət tərəfindən daim nəzarətdə saxlanılır, eyni zamanda su təminatı alternativ mənbələr vasitəsilə davam etdirilir. Su səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsi planlaşdırılır.
Vətəndaşlardan xahiş olunur ki, yaranmış vəziyyəti anlayışla qarşılasınlar və yalnız rəsmi məlumatlara etibar etsinlər”.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu