Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek sensasion iddia səsləndirib. O, ötən ilin noyabrında Azərbaycandan qayıdarkən Gürcüstan səmasında qəzaya uğrayan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin İsrail tərəfindən vurulduğunu bildirib.
Perinçek 20 türk zabitinin şəhid olduğu qəza ilə bağlı hesabatın gizlədildiyini iddia edərək, açıqlanmasını tələb edib. Bəzi məlumatlara görə, siyasətçi bu bəyanatı yaxın münasibətləri olduğu müəyyən dairələrin tapşırığı ilə səsləndirib. Məqsəd isə Bakı və Ankara əməkdaşlığını hədəf almaqdır.
AvroMedia.Az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin yaratdığı birgə komissiya təyyarənin qəzaya uğramasının səbəblərini öyrənib:
“Lazımi məlumatlar və qəzanın obyektiv səbəbləri ictimaiyyətə açıqlanıb. Ancaq Perinçekin bir neçə ay sonra təyyarənin İsrail tərəfindən vurulduğunu iddia etməsi və faciəli hadisəni yenidən informasiya dövriyyəsinə gətirməsi müəyyən suallar doğurur.
Ümumiyyətlə, bu iddia kimə lazımdır və niyə indi bu qəza ətrafında yeni informasiya dumanı yaradaraq ictimai rəyə şübhəli fikirlərin ötürülməsi istənilir – bu aydın görünür. Hazırda Yaxın Şərqdə müharibə gedir, tərəflərdən biri İran, digəri ABŞ və İsraildir. Müharibənin daha geniş coğrafiyaya yayılması bəzi mərkəzlərin maraqlarına uyğundur. Şərqi Avropada uzun müddətdir müharibə aparan Rusiya da bu vəziyyətin davam etməsini öz maraqlarına uyğun görür.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu