Bakının Nərimanov rayonu, Nadir Əliyev küçəsində dövlət qeydiyyat nişanı olmayan avtomobillər parklanma yerlərini zəbt edib. Nadir Əliyev küçəsində apardığımız çəkiliş zamanı onlarla belə nəqliyyat vasitəsinin günlərlə burada saxlanıldığı məlum oldu.
AvroMedia.az-ın məlumatına görə, əsasən biznes mərkəzlərinin yerləşdiyi bu ərazidə boş park yeri tapmaq müşkülə çevrilib. Səbəb isə bəzi şəxslərin bu küçəni faktiki olaraq "açıq səma altında avtosalona" çevirməsidir.
Elə çəkiliş zamanı Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və Post Patrul Xidmətinin əməkdaşları əraziyə gələrək dərhal tədbirlərə başlayıb. Qanunsuz park edilən, nömrəsi çıxarılan maşınlara protokollar tərtib edilib, bəziləri isə evakuatorla duracağa aparılıb.
Ərazidəki xaotik vəziyyətin qarşısının alınması üçün tədbirlər davam etdirilir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də sürücülərə və hüquqi şəxslərə xəbərdarlıq edib:
Qeyd edək ki, Nadir Əliyev küçəsində nizam-intizam bərpa edilsə də, bu cür profilaktik tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur. Məqsəd bənzər halların qarşısını birdəfəlik almaq və hər bir hərəkət iştirakçısının rahatlığını təmin etməkdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu