İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İranın Xark adasına endirdiyi zərbələrlə bağlı açıqlama verib.
AvroMedia.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
Bildirilib ki, hücum zamanı adada 15-dən çox partlayış baş verib və ərazi üzərində sıx tüstü müşahidə olunub.
Məlumata görə, hücum zamanı düşmən İran ordusunun hava hücumundan müdafiə sistemlərinə, “Coşan” dəniz bazasına, hava limanının dispetçer qülləsinə və “Kuran Qare” helikopter meydançasına zərbə endirməyə cəhd edib.
Eyni zamanda qeyd olunub ki, hücum nəticəsində neft infrastrukturu obyektlərinə ziyan dəyməyib.
SEPAH həmçinin ABŞ tərəfinin Xark adasında hava hücumundan müdafiə sistemlərinin tam məhv edilməsi ilə bağlı iddialarını təkzib edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun Xark adasında bütün hərbi hədəfləri tamamilə məhv etdiyini bildirmişdi. Onun sözlərinə görə, bu, Yaxın Şərq tarixində ən güclü bombardmanlardan biri olub.Teleqraf

Paytaxtın bu ərazilərində işıq olmayacaq.
Dünyanın ən bahalı qapıçılarının reytinqi açıqlandı.
ABŞ-İran münaqişəsi Avropada 1,3 milyon insanı işsiz qoya bilər.
Bakıda mənzil qiymətləri “od tutub yanacaq”
Yaşıl çayı hər gün içməyin nəticələri.
İsti havalar bu ölkədə rekord sayda ölümə səbəb oldu.
Küveyt onlara 24 saat vaxt verdi.
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirildi.
Azərbaycanda cərimələrin silinməsi mümkündürmü?
Rəqsanə Tacirin gəlininə bahalı üzük hədiyyə etdi.
Prezident fərman imzaladı.