Birinci Qarabağ müharibəsinin daha bir itkin-şəhidinin şəxsiyyəti müəyyənləşdirilib.
AvroMedia.Az -ın əldə etdiyi xəbərə görə, bu, Kərimov Şahin Heydər oğludur.
O, 1993-cü il aprelin 4-də Murovdağda itkin düşmüşdü.
2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra itkin-şəhidin meyitinin qalıqları tapılıb. Aparılan ekspertizalar nəticəsində qalıqların Şahin Kərimova aid olması dəqiqləşib.
Şəhid yaxın günlərdə Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, əslən Kəlbəcər rayonunun Zar kəndindən olan Ş.Kərimov 1972-cü il dekabr ayının 14-də Mingəçevir şəhərində doğulub. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başladığı bir dövrdə könüllü şəkildə ordu sırlarına qoşulub. Kəlbəcərdə gedən döyüşlərdə iştirak edib.
1993-cü il aprelin 4-də Murovdağda yaralanıb və onu döyüş meydanından çıxarmaq mümkün olmayıb. Həmin dövrdən itkin düşüb.
Subay idi.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu