5-11 yanvarda C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
AvriMedia.Az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, enerjisi 2 MeV-dən çox olan elektron selinin gözlənilən TKA-nın təsiri ilə yüksələcəyi gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton seli üçün də 7 yanvarda S1 səviyyəli proton qasırğası ehtimalı var.Günəş küləyinin sürətinin 7 yanvaradək nominal qiymətə geri dönəcəyi, sonra isə yenidən yüksələcəyi gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-30%, orta geomaqnit enliklərdə isə 25-1%-dir.
31 dekabr və 1 yanvarda qeyd olunan TKA-ın təsiri ilə bu gün də G1-G2 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var. Sonra isə geomaqnit sahəsinin intensivliyinin sakit və qeyri-sabit səviyyələr arasında dəyişəcəyi gözlənilir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu