Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Əsmir adlı uşağın zorakılığa məruz qalması ilə bağlı sosial mediada yayılan xəbərə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlarla birlikdə dərhal araşdırma aparılıb, təxirəsalınmaz tədbirlər görülüb.
AvroMedia.az bildirir ki, bunu Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli deyib.
O bildirib ki, aparılan araşdırma nəticəsində uşağa qarşı törədilən zorakılıq əməlinə dair məlumat öz təsdiqini tapmayıb.
“Belə ki, Abşeron Rayon Polis İdarəsi tərəfindən 2014-cü il təvəllüdlü (11 yaş) olduğu müəyyən edilən Əsmirin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.
Uşağın doğum haqqında şəhadətnaməsi olsa da şəxsiyyətini təsdiq edən sənəd yoxdur və bu səbəbdən də uşaq təhsildən yayındırılıb. Onun təhsilə cəlb olunması və şəxsiyyət vəsiqəsi ilə təmin olunması istiqamətində tədbirlər həyata keçirilir”, – B.Həsənli qeyd edib.
Qeyd edək ki, sosial mediada yayılan xəbərlərdə Əsmirin anası və digər şəxslər tərəfindən zorakılığa məruz qaldığı iddia olunub.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu