Avqustun 3-ü saat 23 radələrində Yevlax şəhərində bir qrup şəxs arasında baş verən mübahisə ölümlə nəticələnib.
AvroMedia.az xəbər verir ki, şəhər sakinləri - 2005-ci il təvəllüdlü Əli Mahmudov və 2006-cı il təvəllüdlü Həsən Məmmədov arasında yaranmış münaqişəni sakitləşdirmək istəyən Ə.Mahmudovun əmisi 1988-ci il təvəllüdlü Zahid Mahmudov naməlum şəxs tərəfindən kürək nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətdikdən sonra qaçan şübhəli 2009-cu il təvəllüdlü R. A. saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu