Ukraynanın Kiyev vilayətinin Belaya Tserkov rayonunda 40 yaşlı kişi qonağını bel ilə döyərək öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Skvirska icmasında baş verib. Polis əməkdaşları müəyyən ediblər ki, hadisə günü iki kişi birlikdə spirtli içkilər qəbul ediblər.
Sonradan həyətdə ev sahibi ilə 53 yaşlı qonaq arasında mübahisə yaranıb. Cinayətdə şübhəli bilinən şəxs bel götürərək qarşı tərəfi iki dəfə bədənindən vurub, daha sonra isə üzünə üç dəfə təpiklə zərbə endirib. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş hadisə yerində dünyasını dəyişib.
Cinayəti törətdikdən sonra şübhəli şəxs hadisə yerindən qaçaraq gizlənib. Onu kəndin kənarındakı meşəlik ərazidə xidmət iti ilə birgə çalışan kinoloq taparaq saxlayıb.
Şübhəli şəxs prosessual qaydada saxlanılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Müstəntiqlər Belaya Tserkov dairə prokurorluğunun prosessual rəhbərliyi altında, şübhəliyə qəsdən adamöldürmə (Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci bəndi) maddəsi ilə ittiham elan ediblər.
Təqsirləndirilən şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu