Azərbaycanda iki nəfəri ilan sancıb.
Hadisə Şəki və Ağsuda qeydə alınıb.
Belə ki, Ağsu rayonunun Curuxlu kənd sakini 17 yaşlı Eyyubov Emin Heybet oğlunu ilan sancıb. O, Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Şəkidə isə rayonun Aşağı Göynük kənd sakini 54 yaşlı Zamanov Cəlil Səməd oğlu yaşadığı evin həyətyanı sahəsində işləyərkən sağ əlindən ilan sancıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıb. Lakin onun vəziyyəti ağır qiymətləndirilir, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu