Ağdaşda 17 yaşlı yeniyetmə su kanalında çimərkən boğulub.
AvroMedia.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Ağcayazı kəndindən keçən hissəsində qeydə alınıb. 2008-ci il təvəllüdlü Dəniz Nəsib oğlu Süleymanlı kanalda çimərkən batıb.
Məlumata görə, yeniyetmə atası ilə birlikdə çimirmiş. Oğlunun batdığını görən ata onu xilas etməyə çalışsa da, bu, mümkün olmayıb.
Faktla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin dalğıc-axtarış qrupu cəlb olunub. Hazırda yeniyetmənin tapılması istiqamətində axtarış işləri davam etdirilir.
Qeyd edək ki, Dəniz Süleymanlı idmanın alqaput növü üzrə Azərbaycan çempionu olub.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu