Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında sərnişindaşıma fəaliyyəti göstərən sürücü ifşa olunub.
AvroMedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Belə ki, stasionar postda yoxlama-nəzarət qaydasında saxlanılan “Hyundai” markalı mikroavtobusun sürücüsü Hafiz Piriyevin sənədləri yoxlanılarkən hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.
Müayinə zamanı Hafiz Piriyevin narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Barəsində inzibati protokol tərtib edilən Hafiz Piriyev məhkəmənin qərarı ilə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati qaydada həbs olunub.
Sərnişinlərin həyatı üçün təhlükə yarada biləcək hadisənin qarşısı növbəti dəfə DYP əməkdaşlarının sayıqlığı nəticəsində alınsa da, sərnişin daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər bu sahədə daha kəsərli tədbirlər görməli, sükan etibar etdikləri sürücülərlə bağlı qanunvericiliyə uyğun nəzarət tədbirləri gücləndirilməlidir.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu