Xəbər verdiyimiz kimi, Xaçmazda 2 il əvvəl itkin düşən 59 yaşlı Gülxar Cahangirovanın meyiti tapılıb.
AvroMedia.az xəbər verir ki, qətllə bağlı bəzi təfərrüatlar bəlli olub.
Belə ki, görmə qabiliyyəti məhdud olan G. Cahangirovanın meyiti rayonun Əzizli kəndi ərazisindəki meşə massivində tapılıb.
Mərhumun bacısının sözlərinə görə, hadisə tamah məqsədilə törədilib: “Pula, qızıla görə öldürüb onu. Portfelində min manat olub. Aparıb meşəyə, soyub, sonra maşından itələyərək yerə atıb. Zülmlə öldürüb. Kor qadın idi, niyə öldürürsən axı?!”.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Xaçmazın Xaspoladoba kənd sakini, taksi sürücüsü Xəqani Rəhmətov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ətraflı Baku TV-nin süjetində:

Paytaxtın bu ərazilərində işıq olmayacaq.
Dünyanın ən bahalı qapıçılarının reytinqi açıqlandı.
ABŞ-İran münaqişəsi Avropada 1,3 milyon insanı işsiz qoya bilər.
Bakıda mənzil qiymətləri “od tutub yanacaq”
Yaşıl çayı hər gün içməyin nəticələri.
İsti havalar bu ölkədə rekord sayda ölümə səbəb oldu.
Küveyt onlara 24 saat vaxt verdi.
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirildi.
Azərbaycanda cərimələrin silinməsi mümkündürmü?
Rəqsanə Tacirin gəlininə bahalı üzük hədiyyə etdi.
Prezident fərman imzaladı.