Ələt-Astara magistralında sərxoş halda avtomobil idarə edən və polisin qanuni tələbinə qəsdən tabe olmayan şəxs həbs edilib.
AvroMedia.az-ın əldə etdiyi məlumata görə, hadisə magistralın Masallı rayonundan keçən hissəsində - Sərçuvar kəndi ərazisində yerləşən BDYPİ-in stasionar postunda qeydə alınıb.
Belə ki, Lənkəran rayon sakini 26 yaşlı Elnur Abbaszadənin idarə etdiyi “Chevrolet” markalı avtomobil yol polisi tərəfindən postda saxlanılıb.
Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyi, həmçinin sərxoş halda olduğu müəyyənləşib və nəqliyyat vasitəsi duracağa yerləşdirilib. Bu zaman sürücü E.Abbaszadə polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərib.
Buna görə də, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə E.Abbaszadə 25 sutka inzibati qaydada həbs edilib.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu