“Malibo” MTK binasında yaşayan vətəndaşa liftdən istifadə etməyə icazə vermir.
MTK-nın inşa etdiyi binanın sakini Rəna İsmayılova məsələ ilə bağlı məhkəməyə müraciət edib.
İddiaçı bildirib ki, 2022-ci ildə “Malibo” MTK-nın Nəsimi rayonunda tikdiyi binadan 202 min 130 manata mənzil alıb. Lakin bir müddət əvvəl şirkət kommunal borcların ödənilmədiyini əsas gətirərək binanın lift sistemini idarə edən brelokları bloklayıb. Bu isə vətəndaşın mənzilinə çıxış hüququnu məhdudlaşdırıb.
Ərizədə qeyd olunub ki, liftlər binanın ümumi istifadədə olan texniki sahələrinə aiddir və onlardan istifadə hüququ bütün mənzil sahiblərinə aiddir. Əgər sakinlərin hər hansı biri borcludursa, MTK yalnız həmin şəxsə qarşı məhkəmədə iddia qaldıra bilər. Amma borca görə vətəndaşın mənzilinə çıxışını məhdudlaşdırmaq hüquqi baxımdan yolverilməzdir.
İddiaçı MTK-nın bank hesabına iddia məbləği qədər həbs qoyulmasını və brelokların bloklanmasının aradan qaldırılmasını tələb edib.
Nəsimi Rayon Məhkəməsi əvvəl ərizəni geri qaytarsa da, sonradan vətəndaşın hüququnu tanıyıb. Qərarda deyilir ki, vətəndaşla şirkət arasında mülki məhkəmə icraatı yekunlaşana kimi lift brelokları blokdan çıxarılmalıdır.
Maraqlıdır ki, şikayətçi vətəndaş R.İsmayılova sosial şəbəkə hesabında etdiyi paylaşımda “Malibo” MTK-nın hələ də məhkəmə qərarını icra etmədiyini bildirib.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu