Rusiyada məşhurlaşan bloger Hüseyn Həsənovun bank hesabları ölkənin vergi orqanları tərəfindən yenidən bloklanıb.
AvroMedia.az xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, blogerin “Banda Foods” MMC-yə 800 min rubldan (13,7 min manatdan çox) çox borcu var.
“Artplast” ticarət şirkətindən olan keçmiş ortaqların iddiasına görə, məhkəmə “Banda”nın onlara 103 min rubl (1768 manat) qaytarmasını tələb edib. Ümumilikdə, Həsənovun şirkəti hazırda 835 min rubl (14,3 min manatdan çox) məbləğində 4 icra prosesi ilə üz-üzədir.
Qeyd edək ki, Hüseynin vergi orqanlarına külli miqdarda borcu olması faktı ötən ayın əvvəlində bəlli olub. Daha sonra o, sosial media hesabında borcun əsas məbləğini verdiyini və tezliklə bütün cərimələri ödəyəcəyini açıqlayıb. Məlumata görə, bloger dövlətə 10 milyon rubldan az (189 min 846 manat) pul ödəyə bilib və 144,8 milyon rubl ( 3 milyon manata yaxın) borcu qalıb.
Son açıqlanan məlumata görə, Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin (FTS) Hüseynə qarşı iddiası üzrə icraata xitam verib. Buna səbəb avqustun 16-da Həsənovun Federal Vergi Xidmətinə olan 145 milyon rubl (təxminən 2,5 milyon manat) məbləğində bütün borclarını ödəməsi olub.
Bundan əlavə, Hüseynin də payı olduğu "Banda Foods MMC" çatdırılma şirkəti tərəfindən 645 min rubl borcuna görə məhkəməyə verilib.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu