"Vətən müharibəsindən sonra 350 nəfər mina qurbanı olub" - XİN
Tarix: 2-04-2024, 19:52
Baxılıb: 2 472
Google+ Paylaş
Tumblr Paylaş

"Vətən müharibəsindən sonra 350 nəfər mina qurbanı olub" - XİN

2-04-2024, 19:52

Ermənistan tərəfinin vaxtilə işğal etdiyi ərazilərimizdə yerləşdirdiyi minaların partlaması 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra 350 günahsız insanın həyatına son qoyub.
AvroMedia.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
“Bu gün daha 4 nəfər minanın qurbanı olub. Ermənistan tərəfinin minalanmış ərazilərin dəqiq xəritələrini verməkdən imtina etməsi Azərbaycan ərazilərində genişmiqyaslı təmir-bərpa işlərinin aparılması ilə yanaşı, məcburi köçkünlərin öz evlərinə qayıtmasına mane olur, o cümlədən regionda sülhyaratma prosesinə xələl gətirir. Beynəlxalq ictimaiyyət Azərbaycanda minaların yaratdığı təhlükənin aradan qaldırılması üçün gücünü birləşdirməlidir”, – XİN-dən bildirilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ