Cəlilabadda meşədə qəsdən yanğıntörətmə faktının üstü açılıb
Tarix: 12-08-2023, 12:40
Baxılıb: 1 553
Google+ Paylaş
Tumblr Paylaş

Cəlilabadda meşədə qəsdən yanğıntörətmə faktının üstü açılıb

12-08-2023, 12:40

Avqustun 9-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonu, Oğrubulaq kəndi yaxınlığında meşə ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə, 13 saylı meşə dolayında 1 ha ərazidə kol-kos yanıb, xəsarət alan olmayıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin psixololi problemi olan Cəlilabad rayonu Fətullaqışlaq kənd sakini Quliyev Vəli Həzərxan oğlu tərəfindən törədildiyi müəyyən edilib.

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ