15 İyul Qəhrəman şəhidimiz mayor, Vüsal İslam oğlu Vəliyevin doğum günüdür.
Əzizimiz Vüsal, döğum günündə səni sevənlər, sən sevdiklərin yenə and yerimiz olan Şəhidlər Xiyabanını, yəni sənin əbədi evini ziyarətə gəlmişdik. Şəhidlər Xiyabanında bizi qarşılayan elə birinci, sənin nur üzlü baş daşın oldu. Necə ki. sən, həmişə taborunun arxasında əmr verəcəyin halda, önündə getdiyin kimi. Çünki sən, arxada olmağı heç vaxt sevmədin axı.
Sanki o, xiyabanda uyuyan igid balalarımızda sənin rütbənə və sərkərdəliyinə sayğıdan arxanda dayanıblar. Əzizimiz Vüsal, sənin və sənin yolunla gedən bütün Azərbaycan şəhidlərinin ruhu qarşısında diz çökərək, sizə ulu tanrıdan ruhunuzun şad olmasını arzulayır, və sizi unutmamağa and içirik.
Şəhid, mayor Vüsal Vəliyevin doğum günü tədbiri Şərur Şəhidlər Xiyabanında qeyd olundu. Şəhidimizin məzarını ziyarət edən Şərur rayon ictimaiyyəti, Şəhid ataları, Şəhid anaları, Şəhid yaxınları və qazilər, Şəhidimizin anası Mədinə anaya, qardaşı Elyar bəyə başsağlığı verib səbr dilədilər. Tədbirdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə naziri Ceyhun Cəlilov, Şərur rayon İcra Hakimiyyətinin birinci müavini İmran Əliyev, Şərur rayon Hərbi Komissarı Həsən Məmmədov, Şəhid ataları və yaxınları çıxış etdilər. Sonda igidimiz, qəhrəmanımız Vüsal Vəliyevin doğulduğu evdə ehsan süfrəsi açıldı.
Ruhunuz şad olsun vətənimin şəhidləri.
Ədib İsaoğlu

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu