Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Qara Yusif haqqında yazdığı iki kitabın birincisini- "Qara Yusif və Əmir Teymur" kitabını başa çatdırıb.
GunAz.az xəbər verir ki, kitabda türk dünyasının böyük oğlu Qara Yusif barədə geniş ictimaiyyətə məlum olmayan məlumatlar əksini tapıb. Geniş araşdırma və tədqiqat işi olan kitabda Qara Yusif haqqında tarixi mənbələrə əsaslanmış həqiqətlər yer alıb. Kitabın müəllifi Yunus Oğuz qeyd edib ki, Qara Yusif haqqında yazmağa dəyər: "İki türkməndən biri Qaraqoyunlu, biri Ağqoyunlu, ikisi də eyni Azərbaycan tayfalarından olmaqla aralarında mübahisələr olub və ayrılıblar. Əvvəl Qaraqoyunlular dövlət yaradıb, sonra Ağqoyunlular. Hər ikisi diqqətə layiqdir". Onu da qeyd edək ki, ikinci kitab "Qara Yusif və Teymurilər" adlanacaq.
Xatırladaq ki, yazıçının onlarla tarixi romanı çapdan çıxıb. Onun əsərlərinin böyük əksəriyyəti xarici dillərə tərcümə olunub, bir çox kitabları xarici ölkələrdə çap olunub.
Xatırladaq ki, yazıçının onlarla tarixi romanı çapdan çıxıb. Onun əsərlərinin böyük əksəriyyəti xarici dillərə tərcümə olunub, bir çox kitabları xarici ölkələrdə çap olunub.
İlhamə HÜSEYNİ

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı