Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Əməkdar mədəniyyət işçisi, ictimai xadim, şair-publisist Umud Mirzəyevin (Rəhimoğlu) 65 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyində (AYB) tədbir keçirilib.
AvroMedia.Az xəbər verir ki, tədbirdə tanınmış qələm adamları, siyasi-ictimai xadimlər iştirak ediblər.
AYB-nin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid açılış nitqində Umud Mirzəyevin bir ziyalı kimi ölkə üçün əhəmiyyətli işlər gördüyünü vurğulayıb: “Umud Mirzəyevin yaratdığı təşkilat Azərbaycan hüdudlarından kənarda da ölkəmiz üçün vacib və əsaslı fəaliyyət göstərir. Onun bu təşkilatı yaratması və rəhbərlik etməsi Umud müəllimin ziyalı mövqeyinin nə qədər əhəmiyyətli olduğunu göstərir”.
AYB-nin sədri, Xalq yazıçısı Anar bildirib ki, Umud Mirzəyev təkcə ədəbiyyat sahəsində deyil, eyni zamanda, ədəbiyyatdan kənarda da mühüm fəaliyyətlər göstərib: “Umud Mirzəyev Azərbaycanın ölkə xaricində tanınması üçün də ciddi işlər görüb. O, yalnız ədəbiyyat və publisistika ilə kifayətlənməyib”.
AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev Umud Mirzəyevin həm də səmimi dost olduğunu qeyd edib: “Artıq iyirmi ildən çoxdur ki, dostluq edirik. Umud həm qələm adamı, həm də dost kimi yaxşı mənada seçilən insanlardandır. Təsadüfi deyil ki, ədəbiyyata gəldiyi ilk gündən seçilən imzalardan biri olub”.
Deputat Fazil Mustafa Umud Mirzəyevin fəaliyyətini yüksək qiymətləndirib: “Bəzi adamlar sadəcə yazmaqla kifayətlənirlər. Amma Umud Mirzəyev yazmaqla yanaşı, paralel şəkildə ölkə xaricində də insanların diqqətini Azərbaycana cəlb edib”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva ölkənin bir çox ziyalısını bir araya topladığına görə yubilyara təşəkkür edib: “Belə tədbirlərin keçirilməsi həm ədəbiyyatımız, həm də mədəniyyətimiz üçün çox önəmlidir. Gözəl haldır ki, Umud müəllim üçün bu qədər ziyalı insan bir araya toplaşaraq onu təbrik edir”.
Tədbirdə həmçinin AYB-nin katibləri Elçin Hüseynbəyli və Səlim Babullaoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadə, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, AMEA Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, sabiq səfir Eynulla Mədətli, qələm adamları Ağacəfər Həsənli, Zakir Fəxri, Murad Köhnəqala, ədəbi tənqidçi Əsəd Cahangir və digər tanınmış ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər yubilyarın yaradıcılıq yolu, həyat fəaliyyəti və Azərbaycanın ədəbi-mədəni inkişafına verdiyi töhfələrdən danışıblar.
İlhamə Hüseyni.

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı