Yaman tez-tez vurur həyatın nəbzi,
Dolayır barmağa yamanca bizi,
Nə dərdi bilinir ,nə də düz izi,
Kim nə aparıbdı,deyin dünyadan?
Dədədən balaya qalan varı da,
Alırlar əlindən yarı yolda da,
Şahın da dərdi var bilin dünyada,
Kim nə aparıbdı ,deyin dünyadan?
Olur olsun zalım , haqqın izində,
Döyməsin başına ölüb gedəndə,
Şeytanla oynayıb, deyib güləndə,
Kim nə aparıbdı ,deyin dünyadan?
Yaşamaq lazımdı ər tək,ərən tək,
Xeyriyyəçi olun arada tək-tək,
Quranda ayələr yazılıb tək-tək,
Kim nə aparıbdı ,deyin dünyadan?
Kiminin sevinci ,kiminin qəmi,
Ayırmaq çətindi sevincdən qəmi,
Vaxtı yetişəndə ayrılıq dəmi,
Kim nə aparıbdı ,deyin dünyadan?
Ey nəfsin qurbanı olan insanlar,
Şeytanın oynuna düşüb yananlar,
Allahı unudub əhdi dananlar,
Kim nə aparıbdı ,deyin dünyadan?
Var yığın,pul yığın nə mənası var,
Pul ilə sağ qalmaq nə qədər olar?
Həyatda insan tək yaşamaq qalar,
Kim nə aparıbdı ,deyin dünyadan?
Qaçırmayın ömrünüzün düz yolun,
Mehriban yaşayın,düz ilqar olun,
Novruzun fikrinə bir peçat vurun,
Kim nə aparıbdı,deyin dünyadan ?
Aşıq Novruz Qazaxlı
04 .08 .2022 .
Dolayır barmağa yamanca bizi,
Nə dərdi bilinir ,nə də düz izi,
Kim nə aparıbdı,deyin dünyadan?
Dədədən balaya qalan varı da,
Alırlar əlindən yarı yolda da,
Şahın da dərdi var bilin dünyada,
Kim nə aparıbdı ,deyin dünyadan?
Olur olsun zalım , haqqın izində,
Döyməsin başına ölüb gedəndə,
Şeytanla oynayıb, deyib güləndə,
Kim nə aparıbdı ,deyin dünyadan?
Yaşamaq lazımdı ər tək,ərən tək,
Xeyriyyəçi olun arada tək-tək,
Quranda ayələr yazılıb tək-tək,
Kim nə aparıbdı ,deyin dünyadan?
Kiminin sevinci ,kiminin qəmi,
Ayırmaq çətindi sevincdən qəmi,
Vaxtı yetişəndə ayrılıq dəmi,
Kim nə aparıbdı ,deyin dünyadan?
Ey nəfsin qurbanı olan insanlar,
Şeytanın oynuna düşüb yananlar,
Allahı unudub əhdi dananlar,
Kim nə aparıbdı ,deyin dünyadan?
Var yığın,pul yığın nə mənası var,
Pul ilə sağ qalmaq nə qədər olar?
Həyatda insan tək yaşamaq qalar,
Kim nə aparıbdı ,deyin dünyadan?
Qaçırmayın ömrünüzün düz yolun,
Mehriban yaşayın,düz ilqar olun,
Novruzun fikrinə bir peçat vurun,
Kim nə aparıbdı,deyin dünyadan ?
Aşıq Novruz Qazaxlı
04 .08 .2022 .

Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Rusiya Türkiyə gəmisini vurdu
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri
İrana qarşı növbəti hava zərbələri başa çatdı