Qəlbin pıçıltısı
Tarix: 3-02-2023, 10:22
Baxılıb: 2 087
Google+ Paylaş
Tumblr Paylaş

Qəlbin pıçıltısı

3-02-2023, 10:22

Gulnaz Abdullayeva
( hekayə)
Təsadüfən on il sonra bir məclisdə qarşılaşdılar.Eyni masada üzbəüz əyləşmişdilər.Ətrafdakıların bəziləri oğlanın istəyindən xəbərdar idilər.Illər bir rəssam tablosu tək oğlanın üzündə əlavə cizgilər çəkmişdi.Aytən isə daha da gözəlləşmişdi. Yenə də diqqət mərkəzində idi.İllər keçməsinə baxmayaraq  Rasim qısqandı yenə onu...Yanında oturmuş həyat yoldaşına məhəl qoymurdu.Bu da Aytəni əsəbləşdirirdi.Ürəkləri haray çəkirdi...Gur  musiqi səsləri,müğənninin mahnıları da bu səsi batıra bilmirdi.Ürəklər ittiham edir,qəlblər müdafiə olunurdu.Hər iki ürək özünü haqlı sayırdı.
-Sən əvvəldə belə idin,Rasim...
-Salam ,sevgilim...Yenə rastlaşdıq...Bu illər ərzində səni bircə an da unutmadım...Sən isə ,ehhh...Düz deyirlər ,gözəllərin vəfası olmur...
Aytənin baxışları soyuq ,buz kimi idi.Çəngəllə qarşısındakı boşqabdakı yeməyi o tərəf - bu tərəfə çevirirdi.Diqqətlə baxan olsaydı Aytənin fikrinin uzaqlarda olduğunu hiss edərdi.
Və Rasim bunu hiss edirdi.
-Bəyənmədin məni,Aytən.
-Rasim,sən mənim dünyamın sərnişini deyildin.Sən pulu sevirdin,mən səni.
-Yox,sən məni sevmədin Aytən...Sevə bilmədin.
Sükut hökm sürür,qəlblər hayqırır, üsyan edirdi.
-Yadındamı,sənə ürək açdığım o gün?İnanmadın sevgimə...Mənə istehza etdin..."Mən neçənci məhəbbətinəm,Rasim?"- deyə güldün....Axı sən bilməliydin ki, mən səni sevir,qısqanır və izləyirəm.Bəzən səni kitablarına,telefona,hər şeyə,hər şeyə qısqanırdım...Niyə atan səndən soruşanda " yox "- dedin,Aytən?Niyə ?Bax indi ikimiz də bədbəxtik...Mən atalıq vəzifəmi yerinə yetirə bilmirəm....Sən isə tənha...
- Rasim gecdir,artıq...Səni məndən uzaqlaşdıran səbəbi deyimmi? Mən qayğı,sevgi,nəvaziş istəyirdim....Sənin isə pul,para ,maşın haqqında idi söhbətlərin....Yeni maşın modelləri görəndə çevrilib həsrətlə ardınca baxardın. .. Yanında olduğumu unudardın....
- Görürsən ,Aytən,evim də,maşınım da ,vəzifəm də var....Amma həyatda başlıca olan ,önəmli olan sevgi yoxdur həyatımda...Səni sevirəm ,Aytən! " Hə" -desən, hər şeyi atıb sənə qayıdaram...
-Susss....Allah xatirinə danışma...Gecdir artıq.Mənim öz dünyam var...O dünyanın adamları pak və təmənnasızdırlar...Sən isə balaların üçün yaşa!
Aytən qəlblərin çığırtısına dözə bilmədi.Ayağa qalxıb sağollaşdı.Sonuncu dəfə Rasimə baxdı.
- Əlvida,mən peşiman deyiləm.
Hamının heyran baxışlarını üzərində hiss edərək qızardı. Qürurla və şəstlə zalı tərk etdi.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ