Kiyevdə iyunun 17-də Rusiyanın kütləvi hücumu nəticəsində həlak olanların xatirəsinə iyunun 18-də matəm elan edilib.
AvroMedia.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko özünün Teleqram kanalında məlumat yayıb.
“Həmin gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endiriləcək. Həmçinin dövlət və özəl binalarda da dövlət bayraqlarının endirilməsi tövsiyə olunur. Həmçinin iyunun 18-də şəhərdə hər hansı əyləncə tədbirinin keçirilməsi də qadağan olunacaq”, - Kliçko bildirib.
Qeyd edək ki, iyunun 17-nə keçən gecə Rusiya PUA və raketlərlə Kiyevə kütləvi hücum həyata keçirib.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu