Çin tərəfindən İrana İsrail əməliyyatları barədə xəbərdarlıq edildiyi ortaya çıxıb. Çinli rəsmilər İran tərəfinə iki vacib məlumat verib: İsrailin yaxın günlərdə hücum təşkil edəcəyi və İranın rabitə sisteminə sızaraq kritik şəxslərin hərəkətlərini izlədiyini.
AvroMedia.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.
Qeyd olunub ki, Çin tərəfindən verilən məlumatlara görə, İsrail İranın telefon rabitəsinə dərin nüfuz edərək rejim üzvlərinin mövqelərini anlıq olaraq izləyə bilir və hədəfə dəqiq zərbələr endirir:
“İsrailin həyata keçirdiyi hücumlarda hədəf alınan SEPAH komandirləri və yüksək səviyyəli kəşfiyyat rəhbərlərinin yerlərinin telefonlar vasitəsilə təsbit edildiyi güman olunur. Telefonlara casus proqram yüklənib-yüklənmədiyi barədə rəsmi açıqlama olmasa da, hücumların dəqiqliyi bu ehtimalı gücləndirir. Hətta öldürülən bir iranlı komandanın evinə atılan mərmilərin yalnız divarın müəyyən bir hissəsini deşməsi hücumların nə dərəcədə dəqiqliklə hədəfə yönəldiyini göstərir”.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu