ABŞ, İsveçrə, Belçika və digər ölkələrdən olan beynəlxalq tədqiqatçılar bildiriblər ki, iqlim dəyişikliyi indiki sürətlə davam edərsə, 2100-cü ilə qədər Yer kürəsindəki buzlaqların 76%-i əriyəcək. Bu, dəniz səviyyəsinin 23 sm qalxmasına və ciddi ekoloji fəsadlara səbəb ola bilər.
AvroMedia.az Milli.Az-a istinadən xəbər verir ki, araşdırmaya görə, ən çox təhlükə altında olan bölgələrdən biri Alyaskadır. Qlobal miqyasda üçüncü ən böyük buzlaq ehtiyatına malik bu ərazi, ssenaridən asılı olaraq, buzlaqlarının 41-69%-ni itirə bilər.
Bu tədqiqat əvvəlkilərdən fərqli olaraq yalnız 2100-cü illə məhdudlaşmır, buzlaqların “tarazlıq” mərhələsinə çatacağı uzunmüddətli dövrü də əhatə edir. Məsələn, Alyaska üçün bu proses 330 il çəkə bilər.
Tədqiqatda 10 ölkədən 21 alim iştirak edib və 200 min buzlaq səkkiz fərqli iqlim modelinə əsasən təhlil olunub.

Oman sahilləri yaxınlığında tankerə hücum edildi
Dünya çempionatı yenidən ABŞ-da keçirilsin - TRAMP
"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu