“Oralarda necədir?” rubrikasının yeni buraxılışında qədim məscidləri, əsrarəngiz təbiəti, dumduru suları ilə bütün dünyada məşhur olan Maldiv adalarından bəhs olunub.
Burada əhali yüzlərlə müxtəlif adalarda yaşayır. Tibbi xidmət hər yerdə təşkil olunsa da, ciddi nəsə baş verərsə, xəstə paytaxt Maleyə aparılır.
Bu ölkədə doğuşdan tutmuş onkoloji xəstəliklərə qədər bütün tibbi müdaxilələr havayıdır, yəni dövlət tərəfindən qarşılanır. Maldivdə qadınlar demək olar ki, işləmirlər. Onların əsas işi övladlara baxmaq və ev işləri ilə məşğul olmaqdır. Ona görə də burada bağçalarda uşaq 3 saat qalır. Səhər saat 7-dən 10-a qədər.
Bir maraqlı hal isə odur ki, Maldiv adaları islam ölkəsi olduğuna görə burada içkili insan görmək mümkün deyil. Əgər bu baş verərsə, həmin adamı hətta ən yüksək cəza – 25 il həbs gözləyə bilər. Bu cəza turistlərə tətbiq olunmur. İçkili tursitlər adadan deportasiya edilirlər. Bu qayda bahalı resort adalarda keçərli deyil.
Maraqlı məqamlardan biri də məzarlıqlardır. Adalarda torpaq sahəsi o qədər azdır ki, dünyasını dəyişənləri bir- birinin üstündə basdırmaq normal sayılır. Bunun üçün məzarların üzərinə torpaq əlavə olunur və qəbiristanlıqların hasarları bir az da hündürləşdirilir.

Azərbaycan buğda idxalı azaldıb
Xəzərdə tanker hücuma məruz qaldı
Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq
Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ
Azərbaycana idxalat kəskin şəkildə azalıb
Valideyn-dövlət özəl əməkdaşlığı bağçalara növbələri azaldacaq
Vətəndaşların diqqətinə: “ASAN xidmət”də bu qayda dəyişdi
Qanvermə ilə bağlı bunlar mifdir – Nazirlik aydınlıq gətirdi
Bu gün Beynəlxalq Ay Günüdür
Bu günün valyuta məzənnələri